Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Milli: “Rusiya NATO və ya ABŞ ilə müharibə istəmir”

Rusiya NATO və ya ABŞ ilə müharibə istəmir. Eyni zamanda, Vaşinqton da Moskva ilə hərbi qarşıdurmaya can atmır.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli “Foreign Affairs” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hər kəs eskalasiyanın qarşısını almaqda maraqlıdır:

“Ukrayna da bu miqyasda qarşıdurma üçün sınaq meydançasına çevrilməkdə maraqlı deyil”, – Milli deyib.

O əlavə edib ki, ABŞ hər gün Moskva və ya Vaşinqtonun hər addımından sonra Ukraynadakı münaqişənin gərginləşməsi ehtimalını qiymətləndirir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …