Bazar , 19 May 2024
Drone Cameras

Serbiyada məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub

Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub.

Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyi paytaxtdakı Vladislav Ribnikar adına orta məktəbin 7-ci sinif şagirdinin mühafizəçilərə və şagirdlərə atəş açdığını, hadisə nəticəsində mühafizəçi və 8-i şagird olmaqla 9 nəfərin həlak olduğunu açıqlayıb. Beş şagirdin isə yaralandığı bildirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Atasına məxsus silahla hadisəni törədən şagirdin saxlandığı bildirilir.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …