Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anıldı

Mayın 3-də Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi polis polkovniki Mirəziz Mirəliyev dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu, həmçinin daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə ətraflı məlumat verib, Ulu Öndərin zəngin irsinin hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …