Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Pentaqon “Javelin” komplekslərinin istehsalı üçün 7,2 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi Birləşmiş Ştatlar və beynəlxalq müştərilər üçün tank əleyhinə “Javelin” raket komplekslərinin alınması və istehsalı üçün 7,2 milyard dollarlıq müqavilə imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Pentaqon “Javelin” komplekslərinin istehsalı və alınmasını “Lockheed Martin” və “Raytheon” şirkətlərinə həvalə edib.

Müqavilə qeyri-müəyyən çatdırılma müddəti və qeyri-müəyyən miqdarda 2023-2026-cı maliyyə illəri üçün bağlanıb.

Müdafiə nazirinin satınalma, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buş bildirib ki, Pentaqon ABŞ hərbi-sənaye kompleksindəki şirkətlərlə birlikdə “Javelin” komplekslərinin istehsalı və çatdırılması ilə bağlı vaxt çərçivəsini azaltmağa çalışır. Məmur qeyd edib ki, belə bir müqavilənin bağlanması Vaşinqtonun silahların alınmasına və döyüş sursatının artırılmasına nə qədər ciddi yanaşdığını təsdiqləyir.

Check Also

ABŞ vizaları kütləvi şəkildə ləğv edir

ABŞ Dövlət Departamenti 2025-ci ilin yanvarından etibarən müxtəlif kateqoriyalar üzrə 85 min vizanı ləğv edib. …