Azərbaycan xalqı və dövləti əldə etdiyi uğurlara Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində nail olub. Heydər Əliyev müasir Azərbaycanın memarıdır.
Boyukmillet.com xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov söyləyib.
Onun sözlərinə görə, Ümummilli Liderimiz cəmiyyətin bütövləşməsi, milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürüb: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ulu Öndərimiz yeritdiyi siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilib. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının təmin edilməsi Ulu Öndərin tarixi xidmətləri sırasına daxildir”.
Diaspor rəhbəri vurğulayıb ki, Heydər Əliyev Azərbaycan Moldova münasibətlərinin memarıdır. Onun xidmətləri sayəsində iki ölkə arasında dost münasibətləri mövcuddur.
“Heydər Əliyevin uğurlu siyasətinin davamı olaraq Prezident İlham Əliyevin fəaliyyəti dünyada yaşayan azərbaycanlıları daha da ruhlandırır. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında etdiyi çıxışı ilə diaspor qarşısında yeni hədəfləri müəyyənləşdirdi. Dünyada, o cümlədən Moldovada yaşayan soydaşlarımız dövlətimizin başçısının çıxışından ruhlanaraq qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər.
“Bu gün dünyada yaşayan hər bir azərbaycanlı üzərinə düşən tarixi məsuliyyəti dərk edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında çıx birləşib, dövlətimizin daha da inkişafı üçün biliyini səmərəli istifadə etməlidir”, – deyə Elçin Bayramov əlavə edib.