ABŞ Prezidenti Cozef Bayden, İranın neft məhsullarının alışını azaltmaq üçün digər ölkələrdə kifayət qədər neft və neft məhsulları ehtiyatının olduğunu bildirən sirkulyar (qaydaların icrasına rəhbərlik etmək üçün aidiyyəti qurumlara göndərilən məktub-red) təqdim edib.
Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, Bayden 2012-ci ilin Milli Müdafiə Aktına uyğun olaraq qlobal neft bazarına təsir etmədən İran neft məhsullarının alışını azaltmaq üçün hazırlanan hesabatlarla bağlı Maliyyə, Energetika nazirliklərinə və Dövlət Departamentinə sirkulyar təqdim edib.
ABŞ lideri bu vəziyyəti yaxından izləməyə davam edəcəyini vurğulayıb.
Birləşmiş Ştatlar 2012-ci ildən İrana qarşı həyata keçirilən tədbirlər çərçivəsində bu ölkənin neft məhsullarının beynəlxalq bazara tədarükünü mümkün qədər azaltmağa çalışır.
ABŞ Prezidenti hər il görülən tədbirlərin qlobal enerji bazarına təsir etmədiyini bildirib.