Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Barbaros Hayreddin Paşa məscidinin açılışını edib.
Boyukmillet.com xəbər verir ki, məscidin inşası 35 ayda tamamlanıb.
Memar Sinanın Süleymaniyə məscidi təqlid olunaraq dizayn edilən Barbaros Hayreddin Paşa məscidinin tutumu 20 min nəfərdir. Məsciddə 929 avtomobil üçün dayanacaq, emalatxana, kitabxana, çoxfunksiyalı zal və yeməkxana var. Nəhəng layihədə dənizçilik və gəmiçilik motivlərindən istifadə olunub.
Qeyd edək ki, Barbaros Hayreddin Paşa məscidinin layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana aiddir.