Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Politoloq: “ABŞ-Aİ koordinasiyası Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması şansını artırır”

“Rəsmi Vaşinqton və Brüssel arasında koordinasiya Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması ehtimalını artırır”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

Onun sözlərinə görə, Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycan və Ermənistan liderlərinin son bir neçə ay ərzində ilk görüşüdür.

“Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Aİ-nin sülh danışıqlarına vasitəçilik fəaliyyətində şəxsən iştirak etmək istəyən Fransa Prezidenti Emmanuel Makronun müqavimətini dəf etmək üçün kifayət qədər vaxt sərf etməli oldu”, – o deyib.

Lakin D.Krneviç güman edir ki, Aİ daxilində kompromis əldə olunub.

Ekspertin fikrincə, ABŞ-ın aktiv dəstəyi olmasaydı, proses çox güman ki, tamamilə Rusiyanın əlinə keçəcəkdi.

“Bu, ABŞ-ın prosesi bərpa etmək və ya sürətləndirmək üçün konstruktiv şəkildə müdaxilə etməli olduğu ilk hal deyil. Ötən həftəsonu baş verənlərdən belə bir nəticəyə gəlmək olar ki, rəsmi Brüssel və Vaşinqton arasında sıx koordinasiya mövcuddur və bu, ABŞ və Avropanın apardığı prosesləri bir-birilə əlaqələndirir”, – Krneviç vurğulayıb.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Brüsseldə olarkən Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçlə görüşü onu göstərir ki, Aİ-nin iki əsas qolu olan Şura və Komissiyanın yanaşmalarında da əlaqələndirmə mövcuddur.

Xatırladaq ki, mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …