Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Məhşur teleaparıcı Elçin Əlibəylinin döyülməsi ilə bağlı bir qrup jurnalist Vilayət Eyvazova və Zakir Qaralova müraciət edib.

Boyukmillet.com xeber verir ki, bir qrup jurnalist Vilayət Eyvazova və Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Zakir Qaralova.

Biz, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən jurnalistlər televiziya xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin (Elchin Alibayli) döyülməsi ilə əlaqədar cinayət işi başanılmasını, faktla bağlı araşdrımaların aparılmasını, məsələyə hüquqi qiymət verilməsini, həmkarımzın işinə ədaləti şəkildə baxılmasını və bu proseslərin aparılması zamanı nəticələr barədə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə və jurnalistlərə mütamadi məlumatların verilməsini Sizdən xahiş edirik.

Xatırladaq ki, tanınmış teleaparıcı Elçin ƏIlibəyli bu il oktyabrın 19-da Milli Şuranın 28 May metrostansiyası yaxınlığında icazəsiz mitinq keçirməsinə etiraz edib və sosial şəbəkələrdə insanları icazəsiz mitinqdə iştirak etməməyə çağırıb.

Elçin Əlibəyli şəxsi feysbuk səhifəsində insanları təxribat xarakterli hərəkətlərə yol verməməyə səslədiyi üçün Natiq Abdullayev adlı qonşusu tərəfindən təhqir olunub və döyülüb. Hadisə zamanı Elçin Əlibəyli yenicə əməliyyat olunduğu üçün Natiq Abdullayevin vurduğu zərblərdən xəsarət alıb. Hazırda onun yenidən əməliyyat olunmasına ehtiyac var.

Qeyd edək ki, Natiq Abdullayev Olimpiya çempionu Namiq Abdullayevin qardaşıdır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …