Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

XİN rəhbəri: “Azərbaycan ərazisində minalar hər gün insan ölümünə səbəb olur”

“Azərbaycan ərazisinin kütləvi şəkildə minalarla çirklənməsi və bununla paralel Ermənistanın minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi ciddi humanitar təhlükədir və demək olar ki, hər gün insan ölümünə səbəb olmaqda davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib.

“Azərbaycan Ermənistana münaqişədən sonra normallaşma proqramını təklif edib. Tərəflər bir-birinin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına hörmət və qarşılıqlı tanınma əsasında dövlətlərarası münasibətlər üçün çərçivə təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son aylarda aparılan danışıqlara baxmayaraq, irəliləyiş hələ də gözləntilərimizi doğrultmur. Azərbaycan beynəlxalq ictimaiyyətin normallaşma prosesinə verdiyi töhfəni yüksək qiymətləndirir və bu kontekstdə Avropa Şurası çərçivəsində Ermənistanla Azərbaycan arasında etimadın yaradılması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirir”, – XİN rəhbəri bildirib.

C.Bayramov qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, rekonstruksiyası və reinteqrasiyası istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

Nazirin sözlərinə görə, bu tədbirlər yüzminlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə yönəlib.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …