Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan performans auditi üzrə mövzuları DİM-in hədəflərinə uzlaşdıracaq

Azərbaycanda qarşıdakı illərdə performans auditi üzrə mövzuların Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəfləri ilə uzlaşdırılması mühüm tələblərdən biri kimi müəyyən edilib.

Boyukmillet.com xəbər verir ki, bunu Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) Bakıda keçirilən DİM üzrə İşçi Qrupunun ilk fiziki toplantısında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

O, qeyd edib ki, Palatanın 2021-2025-ci illəri əhatə edən Strateji Planında 9 strateji hədəf müəyyən edilib: “Bu hədəflərdən 3-cüsü səmərəlilik (performans) auditinin əhatə dairəsinin artırılması ilə bağlıdır. 2021-ci il üzrə 4, 2022-ci il üzrə isə 5 audit mövzusu seçilib. 2021-ci ildə seçilən mövzulardan 2-si, 2022-ci ildə isə 5-i üzrə DİM qiymətləndirilməsi aparılıb. Bu halda DİM-lərin hədəfləri audit meyarlarından biri olaraq qəbul edilib. Keçirilən auditlərdə DİM-in qlobal göstəricilər sisteminə daxil olan indikatorları üzrə Dövlət Statistika Komitəsinin apardığı hesablamaların audit nəticələri ilə uzlaşıb-uzlaşmadığı da təhlil olunub”.

V.Gülməmmədov bildirib ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin “Hökumətlərarası Dəstək Ofisi”nin və “Dayanıqlı İnkişaf üçün Koordinasiya Mərkəzi”nin üzv ölkələrə təqdim etdiyi Könüllü Milli Hesabatlarda qabaqcıl təcrübələrə dair Hesabat “Dünyamızın transformasiyası: 2030 Gündəliyi”nin qəbul edilməsindən sonra hər il hazırlanmaqla qabaqcıl təcrübələri özündə ehtiva edir: “Adı çəkilən Hesabatda qabaqcıl təcrübə qismində bizim həyata keçirdiyimiz fəaliyyət də əks olunub. Burada Palatanın audit nəticələrinə istinad edilməklə qeyd edilir ki, iqlim dəyişikliyi kontekstində meşələrin idarə edilməsi qlobal olaraq sosial, ictimai, iqtisadi və mədəni əhəmiyyətə malikdir. Odur ki, meşələrin inkişafı fondlarının səmərəliliyi və səmərəliliyinin qiymətləndirilməsi ilə yanaşı, meşə təsərrüfatının idarə olunması üçün bu istiqamətdə maliyyə çatışmazlığı da dəyərləndirilməli, həmçinin meşələrin və yaşıllığın sosial-iqtisadi əhəmiyyətinə diqqət artırılmalıdır”.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …