Cümə , 22 Noyabr 2024
Drone Cameras

ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır

ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi düşünür, onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışır.

Boyukmillet.com  xəbər verir ki, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi söyləyib.

“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk”, – o, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində deyib.

Dövlət Departamentinin strukturunda çalışan Lonqi təfərrüatları açıqlamayıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …