Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyədən Azərbaycana idxal olunan malların bahalaşmasının səbəbi açıqlanıb

Türkiyədən Azərbaycana idxal olunan mallarının dəyərinin yuxarı olması həmin malların burda da bahalaşmasına səbəb olub.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Ötən il Türkiyə ilə 5,8 milyard ABŞ dollarlıq ticarət dövriyyəmizin 2,3 milyard ABŞ dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, geyim, tekstil, sənaye məhsulları və maşın avadanlıqları olub. Türkiyədə ötən il inflyasiya 70 %-dən yuxarı olub. Bu, ordan Azərbaycana idxal edilən malların da qiymətinə təsir edib”, – deyə E.Əliyev bildirib.

Nazir müavini əlavə edib ki, ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, Azərbaycanın bu sahədə əsas tərəfdaşları Rusiya və Qazaxıstandır: “Həmin bazarlarda isə hazırda məhdudiyyət və qadağalar var”.

Check Also

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq. Boyukmillet.com xəbər verir ki, söhbət …