Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Prezidentin nümayəndəsi: “Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir”

“Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır”.

Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mayın 26-da Naxçıvanda keçirilən “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” konfransında deyib.

O bildirib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq.

Səlahiyyətli nümayəndə söyləyib ki, bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq: “Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq.

Əlbəttə Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır”.

Check Also

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq. Boyukmillet.com xəbər verir ki, söhbət …