Bazar , 8 Fevral 2026
Drone Cameras

Özdağın komandası parçalandı: Ərdoğanı dəstəkləyəcəklər

Türkiyənin müxalif Zəfər Partiyasının Şanlıurfa və bu vilayətin Xəliliyə və Karaköprü mahal təşkilatlarında kütləvi istefalar olub.

Boyukmillet.com xəbər verir ki, istefa verən partiya üzvləri martın 28-də keçiriləcək ikinci tur seçkilərində Cümhur İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarına gəliblər.

Kütləvi istefalarla bağlı açıqlama verən partiyanın Şanlıurfa təşkilatının sədri İbrahim Nəhya deyib:

“Ölkənin milli maraqlarını, milli bütövlüyünü nəzərə alaraq hazırkı prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Cümhur İttifaqına dəstək vermək qərarına gəldik. Buna görə də partiyamızdan ayrılırıq”.

Nəhya Zəfər Partiyasını böyük ümidlərlər qurduqlarını, amma onun öz hədəfindən yayındığını da söyləyib.

Zəfər Partiyasının sədri Ümit Özdağ ötən günlərdə ikinci turda Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlamışdı.

İkinci tur sabah keçiriləcək.

Check Also

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ …