Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan çempionatında son 19 ilin rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan 2022/2023 mövsümündə 475 qol vurulub.

Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir, bu isə son 19 mövsüm üçün rekord göstəricidir.

2004/2005 mövsümündən indiyədək belə məhsuldarlıq qeydə alınmayıb.

Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/2004 mövsümündə gerçəkləşib.

Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.

Qeyd edək ki, 2021/2022 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər idi.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …