Şənbə , 23 Noyabr 2024
Drone Cameras

TARİXİMİZİN ALBAN DÖVRÜNƏ AİD MÖHTƏŞƏM ABİDƏ – “SÜNİK TARİXİ”

Qafqazın tarixinə dair unikal mənbələrdən biri olan 13-cü əsr alban tarixçisi Stepan Orbelianın “Sünik tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının nümayəndələri, QHT rəhbərləri, alimlər, media nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “S.Orbelianın XIII əsr alban abidəsi olan “Sünik tarixi” kitabının Azərbaycan dilində nəşri”layihəsi çərçivəsində keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli kitabın tarixi əhəmiyyətindən bəhs edərək onu ermənilərin Azərbaycana qarşı dünyada apardığı ideoloji mübarizənin bünövrəsində dayanan saxta erməni tarixi konsepsiyasını alt-üst edən bir mənbə kimi dəyərləndirmişdir. O, bu günə qədər Azərbaycan tarixşünaslığında tam şəkildə elmi dövriyyəyə daxil edilməmiş bu mənbəni tariximizin alban dövrünə aid möhtəşəm abidə adlandırmış, əsərin məzmunu və strukturu haqqında geniş məlumat vermişdir.

Tədbir iştirakçılarına məlumat verilmişdir ki, təxminən 1250-1304-cü illərdə yaşamış Stepan Orbe­lian tarixi Sünik ərazisində – indiki Zəngəzur mahalının Si­sian bölgəsində anadan olmuşdur. Onun mənsub olduğu Or­beli (Orbelian) sülaləsi, əslində, Turan nəslindən idi və mi­­laddan çox-çox əvvəllər İberiya ərazisində məskunlaş­mış, bu sülalənin bir çox nümayəndələri öz qəhrəmanlıqları ilə ölkənin hüdudlarını genişləndirmişlər. Lakin ölkədaxili siyasi proseslərin istəmədən iştirakçısına çevrilən Orbelian­lar 1177-ci ildə gürcü çarı Georgiyə qarşı üsyan qaldırmış, məğlub olaraq Loru qalasına sığınmış, çar Georgi tərəfin­dən nəslin bir çox nümayəndələri qətlə yetirilmiş, yalnız Li­barit Orbelian və onun İvane və Elikum adlı iki oğlu sağ qal­mışlar ki, onlar da qaçıb Eldəgizlər//Eldəquzlar sarayına sığınmışlar. Elikum Atabəy Eldəquzun dərin hörmətini qa­zandığından Naxçıvan diyarının hakimi təyin olunmuş və tezliklə Sünik yepiskopu Stepanosun bacısı qızı Xatunla ev­lənmişdir. Elikum Xatundan olan oğluna atası Libaritin adı­nı qoymuş, həmin Libarit də böyüyüb Sünik hakimi ol­muş­dur.  Bu nəvə Libaritin Aspa Xatun adlı qadınından beş oğ­lu dünyaya gəlmişdir. O oğulların ən kiçiyi tarixi mən­bə­lər­də Dərsəikan//Dərsəican//Dərsəic və çox vaxt da adın əv­vəlindəki D samiti T kimi yazılan Dərsə içxan//Tərsa içxan 1273-cü ildə Siyuni (Sünik) hakimi seçilmiş, «xanlar xanı», «böyük xan» kimi titullar daşımış, “Kitabi-Dədə Qorqud” dastanlarına Dərsə xan//Dirsə xan kimi daxil olmuşdur. Bütün bunlar və digər məlumatlar Sünik yepiskopu, məşhur tarixçi Stepan Orbe­lianın XIII yuzilin sonlarında qələmə aldığı «Sünik tarixi» əsərində bəhs edilmişdir.

Tədbirdə professor İbrahim Bayramov, dosent Cəlal Allahverdiyev, QHT rəhbərləri Səməndər Mehdiyev, Cəmilə İsbəndiyarova, Qərbi Azərbaycan İcmasının sədr müavini Fəqan Bəhrəmov, Əbdüləli Həsənov, Bilal İsmayılov və başqaları çıxış etmişlər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …