Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyənin yeni xarici işlər naziri Azərbaycana səfər edəcək

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov telefon danışığında Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidanı ölkəmizə səfərə dəvət edib.

Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …