Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

İran “Airbus”dan 100 sərnişin təyyarəsi alacaq

İran Hava Yolları (“İran Air”) ilə Fransanın təyyarə istehsalçısı “Airbus” şirkətinin rəsmiləri arasında 100 sərnişin təyyarəsinin satışına dair yekun müqavilə imzalanıb.

AZƏRTAC “IRNA”ya istinadla xəbər verir ki, İran Hava Yollarının baş direktoru Fərhad Pervereş müqavilənin Tehranda “Airbus” şirkətinin rəsmiləri ilə imzalandığını və “Airbus”dan 100 təyyarə alınmasına dair yekun razılığa gəlindiyini bildirib. Müqaviləyə əsasən, gələn il 7-8 təyyarə İran Hava Yollarına veriləcək.

O, müqavilənin təqribən 10 milyard dollar dəyərində olduğunu qeyd edib: “Əvvəlki razılaşma 118 təyyarəni əhatə edirdi, lakin “A380” tipli təyyarələri almaqdan imtina etdik və buna görə də, laynerlərin sayı 100-ə düşdü”.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir