Cümə , 26 Aprel 2024
Drone Cameras

Bişkekdə Rəşid Behbudov və Müslim Maqomayevin yaradıcılığına həsr olunan konsert keçirilib

Bişkekdə Abdılas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrında Azərbaycanın məşhur müğənniləri – SSRİ xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyi yubileyinə və SSRİ xalq artisti Müslim Maqomayevin yaradıcılığına həsr olunan “Göy əbədiyyət” adlı qala-konsert keçirilib.

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən “Report”a verilən məlumata görə, Milli Akademik Opera və Balet teatrının baş direktoru Bolotbek Osmonov gecəni açaraq, növbəti dəfə Azərbaycan mədəniyyəti ilə bağlı belə böyük tədbirin onun rəhbərliyini etdiyi teatrda keçirildiyinə görə böyük fəxr duyğusu yaşadığını, qala-konsertin dahi sənətkarlar Rəşid Behbudov və Müslim Maqomayevə həsr olunmasının xüsusi önəm daşıdığını, qırğız xalqının onlara böyük rəğbət və sevgi bəslədiyini qeyd edib.

Sonra Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov çıxış edərək, qırğız xalqının Azərbaycanın dahi sənətkarlarını qiymətləndirdiyinə görə, təşəkkürünü bildirib.

Səfir son zamanlar həm Azərbaycanda, həm də Qırğız Respublikasında bir çox vacib tədbirlərin keçirildiyini qeyd edib.

O, R.Behbudovun səsinin Azərbaycan xalqının milli sərvəti olduğunu və onun öz xalqına möhkəm bağlılığını vurğulayıb.

H.Orucov deyib ki, Müslim Maqomayevin səsi əsrin qızıl səsi kimi qəbul edilir və tamamilə düzgün yanaşmadı: “Onun oxuduğu mahnılar incəsənətin yüksək nümunəsidir”.

Qeyd edək ki, qala-konsertdə Qırğız Respublikasının populyar opera müğənniləri, Qırğız Milli Akademik Opera və Balet teatrının baş konsertmeysteri və solistlər və digərləri çıxış ediblər.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir