Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan bu il Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub

2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işləri üçün nəzərdə tutulmuş 3 milyard manat vəsaitin təxminən 60 %-i (1,8 milyard manatı) artıq istifadə olunub.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.

“İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır və Prezident İlham Əliyev bu missiyanın həyata keçirilməsi üçün Azərbaycan xalqını səfərbər edib. Həmin missiya Böyük Qayıdış proqramının icra olunmasından ibarətdir. Nəticədə bu ərazilər də Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq. Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur, bu layihələrin bir qismi artıq başa çatdırılaraq istifadəyə verilib”, – deyə o əlavə edib.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin 2 milyard 260 milyon manat və yaxud 75,3 % artırılması təklif olunur. Artımdan sonra bu xərclər 5 milyard 260 milyon manat olacaq.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …