Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Əl-Tuveycri: “Azad edilmiş ərazilərin bərpası təqdirəlayiqdir”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təqdirəlayiqdir”.

Boyukmillet.com xəbər verir ki, bunu ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, ərazilərin işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlər var:

“Bu ərazilərin bərpası asan iş deyil. Bu, Prezident İlham Əliyevin diqqəti sayəsində baş verib və insanlar artıq bu torpaqlara qayıtmağa başlayıblar”.

O əlavə edib ki, Qarabağ həqiqətləri və işğal dövründə törədilən dağıntılar, eləcə də Azərbaycan hökumətinin bu ərazilərin yenidən qurulmasında göstərdiyi səyləri barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edəcək.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …