Cümə , 27 Dekabr 2024
Drone Cameras

Rəis müavini: “Azərbaycan miqrantlar üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib”

“Azərbaycan miqrantlar üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev Beynəlxalq Miqrasiya Günü münasibəti ilə keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, məcburi köçkün həyatı Azərbaycan xalqı üçün yeni və təəccübləndirəcək hadisə deyil: “Xalqımız üçün bu hadisələr tanışdır. Azərbaycanlılar milli mənsubiyyətinə görə Ermənistan tərəfindən öz torpağından zorla çıxarılıblar. 1 milyondan artıq məcburi köçkün və qaçqınlarımız var. Bu insanlara Azərbaycan hökuməti tərəfindən qayğı göstərilir. Lakin nə qədər qayğı ilə əhatə olunsalar da, həmin insanlar öz yaşayış yerlərinə qayıtmaq istəyirlər. İnanırıq ki, bu insanlar öz doğma yurdlarına qaytarılacaq, işğal edilmiş ərazilər işğaldan azad ediləcək. Dünyada 250 milyondan artıq miqrant var. Bu, hər 30 nəfərdən birinin miqrant olması deməkdir”.
O, vurğulayıb ki, Azərbaycanda aparılan məqsədyönlü tədbirlər nəticəsində məcburi köçkünlər üçün 95-dən artıq müasir yaşayış məntəqələri salınıb: “Bu sahədə aparılan işlər yüksək səviyyədə davam etdirilir. Bu istiqamətdə 6 milyard manatdan artıq vəsait xərclənib. Bunlar məcburi köçkünlərin hüquqlarının qorunması, yerli şəraitə uyğunlaşdırılması, bərabərliyin təmin olunması istiqamətindəki tədbirlərdir. Ölkəmiz müstəqillik əldə edəndən qaçqın axını ilə üz-üzə qalıb. İqtisadi vəziyyətin yaxşı olmadığı bir vaxtda miqrant axını ilə qarşılaşmaq çətin vəziyyət yaradırdı. 1 milyondan artıq qaçqını olan kiçik dövlət olan Azərbaycanda miqrant yerləşdirilməsi və onlara münasibəti Avropa ilə müqayisə olunmazdır. Avropa 250 milyon miqrantı qədul etməkdə acizlik və dözümsüzlük göstərir. Bu, bir daha sübut edir ki, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı işlər Avropa üçün nümunədir. Azərbaycan hökuməti öz tərübəsini o ölkələrlə bölüşməyə hazırdır. Azərbaycanda qanunsuz miqrantların sayı minimuma enib. Artq, ölkəmiz miqrantlar üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib. Miqrantların hüquqları elə təmin olunur ki, onların qanunsuz miqranta çevrilməsinə şərait yoxdur”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir