Şənbə , 28 Mart 2026
Drone Cameras

XİN: “Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”

“Avropa İttifaqının (Aİ) üzvü kimi Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”.

Bu barədə  Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Cənubi Qafqaz regionunda sabitlik və sülh daha geniş mənada mühüm əhəmiyyətə malikdir. Biz ərazi bütövlüyü prinsipini və Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərini qətiyyətlə dəstəkləyirik”, – XİN-in bəyanatında deyilir.

Slovakiya XİN hesab edir ki, Şarl Mişel tərəfindən irəli sürülən və daha çox Brüssel formatı kimi tanınan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi liderlərə konstruktiv dialoqun aparılması üçün səmərəli platforma təqdim edir. Bu da regionda dayanıqlılığa və davamlı sülh nail olmaq baxımından zəruridir.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …