Bazar , 29 Mart 2026
Drone Cameras

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb.

Boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitənin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.

Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycanda dövriyyəsinə icazə verilməyən coxsaylı dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …