Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: Radikal müxalifət özünü daha da rüsvay edir

Bakının mərkəzində icazəsiz mitinq və piketlər keçirmək istəyən radikal dairələrin növbəti fiaskosuna şahidlik etdik. Milli Şura və AXCP-nin Əli Kərimli qanadının ard-arda bir neçə belə uğursuz cəhdindən nəticə çıxarmaq əvəzinə, Müsavat da analoji addım atmağa cəhd göstərdi.

Hadisə yerindən təqdim olunan reportajlardan da göründü ki, aksiyaya cəmi 10-15 nəfər adam qatılıb. Yaşanan biabırçılıq Bakı Şəhər Baş Polis İdarəsinin Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında icazəsiz aksiya keçirməyə cəhd etməsi ilə bağlı yaydığı açıqlamada da qeyd edilib: “Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən, ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub.

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar ediliblər.

Buna baxmayaraq, noyabrın 12-də, saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərib. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb”.

İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli hesab edir ki, belə aksiyalarla radikal müxalifət özünü daha da rüsvay edir: “Bunlar anlamırlar ki, sosial bazası olmayan qurum hansısa uğurlu aksiya keçirmək iqtidarında deyil. Məqsədləri bəllidir, bir balaca səs-küy salsınlar. Yəni biz də varıq deməklə, xaricdəki ağalarından qrant qopara bilsinlər. Müsavatın son aksiyasın cəmi 15 adam gəldi. Bir yas yeri olanda 50 dəfə bundan çox adam toplaşırsa, həmin partiyalar özlərini bu şəkildə nüfuzdan salmamalıdırlar. Ya təşkilatlanmalı, ya da siyasi arenanı üzüsulu ikən tərk etməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …