Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Məşhur idman malları şirkəti Serbiya ilə Rusiyanın bayraqlarını səhv salaraq qalmaqala imza atıb

Rusiya millisi “Avro-2020”nin növbəti oyununa çıxmaqdan imtina edib. Buna səbəb “Adidas” firmasının buraxdığı yeni formalardakı Rusiya bayrağını Serbiya bayrağı ilə səhv salmasıdır.

Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı “Adidas” firması Rusiya Futbol Federasiyasından üzr istəyib. Milli üçün buraxılan yeni formaların qolundakı Rusiya gerbi rəng düzülüşünə görə Serbiya bayrağının rənglərinə uyğundur. Hazırda Rusiya millisi Belçika və San-Marino ilə oyuna çıxmayacağını bildirib.

Formaların qolunda Rusiya bayrağına uyğun olaraq ağ, göy və qırmızı rənglərin sıralanmasının yerinə Serbiya bayrağının rəngləri- qırmızı, göy, ağ təsvir olunub. Köynəklər satışa buraxılmasına baxmayaraq, “Adidas”a yeni formaların buraxılması üçün təlimat verilib.

Aygün Əliyeva

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …