“Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının verdiyi fətvayla bayram namazı və digər məsələlər elan ediləcək”.
Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
“İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə əməl olunacaq. Dövlət Komitəsi bununla bağlı üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirəcək”,- o söyləyib.