Bazar , 24 Noyabr 2024
Drone Cameras

III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün 5 növdə çıxış edəcəklər

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

Boyukmillet.com xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar.

Karate və taekvondoda 4, boksda 2, kamandan oxatmada 1 idmançı çıxış edəcək, atıcılıqda Azərbaycan yığması komanda yarışında qüvvəsini sınayacaq.

Kamandan oxatma

10:45. Qadınlar: Yaylagül Ramazanova (fərdi)

Karate

11:00. Qadınlar: İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)

Kişilər: Fərid Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq)

Taekvondo

11:00. Qadınlar: Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq)

Kişilər: Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq)

Atıcılıq

11:45. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)

Boks

15:00. Kişilər: Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq)

Qeyd edək ki, Tural Ağalarzadə (67 kq) III Avropa Oyunlarında qızıl medal qazanıb. Azərbaycan yığması 1 medalla komanda sıralamasında 10-cu pillədə qərarlaşıb.

Check Also

Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar. Boyukmillet.com …