Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bilal Dündar: AzTV əməkdaşlarının üzləşdiyi hal dünya mətbuatını narahat etməlidir

Bu gün jurnalistlər dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərir. Onların bəziləri müharibə şəraitində reportajlar hazırladıqları üçün ölüm və terror təhlükəsi ilə üz-üzə gəlir. Ancaq AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına edilən hücum anlaşılan səbəb deyil.

Boyukmillet.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət mərkəzinin rəhbəri, jurnalist Bilal Dündar deyib. O qeyd edib ki, jurnalistlərə qarşı təzyiq yolverilməzdir. Əgər bu hadisə Avropanın mərkəzində baş verirsə, köhnə qitədə demokratiya və söz azadlığının tədricən yalnız sözə çevrildiyi fikrini söyləmə əsas verir.

Bilal Dündar əlavə edib ki, hadisə barədə Fransa hökuməti və hüquq-mühafizə orqanları ölçü götürməlidir. Əks təqdirdə bənzər hadisələr təkrarlana bilər. Bu hal tək azərbaycanlı jurnalistləri deyil, dünya mətbuatını narahat etməlidir. Bu cür antidemokratik hadisəni törədənlər tezliklə müəyyən edilib cəzalandırılmalıdır.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …