Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Bu təhdid deyil” – Bayden Çin liderinə Rusiya ilə bağlı xəbərdarlıq edib

ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra “ehtiyatlı olmağı” tövsiyə edib. Bayden Çin liderinə ölkəsinin Qərb investisiyalarından asılı olduğuna dair eyham edib.

Boyukmillet.com xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə belə deyib: “Mən Cinpinə dedim ki, bu, təhdid deyil, müşahidədir”.

O əlavə edib ki, Ukraynada münaqişə başlayandan bəri 600 Amerika korporasiyası Rusiya bazarını tərk edib və Çin iqtisadiyyatı indi Qərbdən daha çox asılıdır, nəinki əvvəl Rusiyadan asılı idi.

Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya pezidenti Vladimir Putinin dəvəti ilə martın 20-dən 22-dək Rusiyada olub. Məlumata görə, liderlər Rusiya-Çin iqtisadi əməkdaşlığının inkişafını müzakirə ediblər.

ABŞ isə bu səfəri və iki liderin arasında gedən danışıqları diqqətlə izləyib və yeri gəldikcə Çin liderlərinə Rusiya ilə məsafəli davranmaq, ona müharibəni davam etdirməsi üçün lazımi dəstək verməmək barədə xəbərdarlıqlar edir.

Musavat.com

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …