Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İranda benzin üsyanı: ölənlərin sayı 25-i keçdi, Xameyninin heykəli aşırıldı – Yenilənib

İrana benzinin kəskin bahalaşmasına etiraz olaraq ötən günü cümə axşamından başlayan və bütün ölkəni bürüyən kütləvi nümayişlər təhlükəsizlik qüvvələr ilə toqquşmalarla müşaiyət olunur. KİV-lər xəbər verir ki, qəzəbli kütlə polis məntəqələrini, bankları, benzindoldurma məntəqələrini yandırır.

İran islam inqilabının lideri Əli Xameyninin heykəlinin aşırıldığı haqda xəbərlər var. Bütün ölkə boyu internetə giriş kəskin məhdudlaşdırılıb, mobil rabitə işləmir. Son məlumatlara görə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlərin sayı 25-i keçib.

Dini lider Xamneyi bəyan edib ki, ölkəni bürüyən etirazlar İranın düşmənlərinin işidir və onlar benzinin bahalaşmasını bəhanə kimi istifadə ediblər.

İran hökumətinin qərarı ilə bu ölkədə benzinin qiyməti iki dəfə bahalaşıb və təxminən 15 qəpik olub. Habelə adambaşına kvotaya əsasən güzəştli qiymətə satılan benzinin qiyməti 50 faiz bahalaşıb.

***

İranda benzinin ikiqat bahalaşmasına etiraz olaraq bir gün əvvəl başlayan etira aksiyaları iğtişaşlarla və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşaiyət olunur.

Son məlumatlara görə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatıb.

Bir etirazçı cümə günü axşam Sircan şəhərində öldürülüb. Həmin şəhərdə kütlə neft bazasına hücum edərək yandırmağa çalışıb. Dörd nəfər isə aldıqları güllə yaralarından Əhvaz əyalətindən cənubdakı Məhmərə şəhrində həlak olub. Paytaxt Tehranın Şəhriyar rayonunda da ən azı bir etirazçının öldürüldüyü bildirilir. Şənbə günü axşama olan xəbərlərə görə ən azı 13 etirazçı yaralanıb.

Etirazlar ən azı 37 şəhərdə baş qaldırıb, o cümlədən Məşhəd, Sircan, Poldoxtar, Əhvaz, Abadan, Xürrəmşəhr, Təbriz, Şiraz, İsfahan, Bəndər Abbas, Həmədan, Xürrəmabad və Girmanşah şəhərlərində güclü etirazlar qeydə alınıb. Sosial şəbəkələrdə həmin aksyalara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara dair videokadrlar yayılır. Belə videolardan birində Əhvaz şhərində nümayişçilərin mərkəzi meydana cəmləşdikləri, avtomobil şinlərinə od vurduqları görünür. Etirazçılar habelə yolları bağlayıblar.

Daxili işlər naziri Abdulreza Rəhmani Fəzli dövlət televiziyasında bəyan edib ki, iranlıların dinc etiraz hüququ var. Amma etirazçılar ictimai mülkiyyətə zərər vurarsa və vandalizm aktlarını davam etdirərsə təhlükəsizlik qüvvələri sakitliyi bərpa etmək üçün qətiyyətli addımlar atacaq.

“Təhlükəsizlik qüvvələri indiyə qədər təmkin nümayiş etdirib və etirazlara dözüb. Lakin nsanların rahatlığı və təhlükəsizliyi bizim prioritetimiz olduğu üçün əgər ictimai əmlaka və şəxsi mülkiyyətə hücumlar davam edərsə onlar sərt addımlar atacaqlar”,-nazir deyib.

Xəbərlərə görə İran hakimiyyəti bütün ölkə boyu interneti məhdudlaşdırmağa başlayıb.  ABŞ İran hakimiyyətinin interneti məhdudlaşdırmasını pisləyir. Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortequs bəyan edib ki, ABŞ başı əzablar çəkən İran xalqını və onun ədalətsizliyiə, korrupsiyaya qarşı etirazlarını dəstəkləyir. “Biz interneti söndürmək cəhdlərini pisləyirik”,-diplomat bildirib.

Analoji situasiya həftələrdir etirazların və toqquşmaların davam etdiyi İraqda müşahidə edilir. Hakimiyyətin interneti məhdudlaşdırması səbəbindən on milyonlarla iraqlının beynəlxalq şəbəkəyə çıxışı mümkün olmur.

Xatırladaq ki, ABŞ-ın dalbadal tətbiq etdiyi sərt sanksiyalar ucbatından İranda ciddi iqtisadi böhran hökm sürür. Ölkə neft ixracını iki dəfədən çox azaltmalı olub və hazırda nefti ancaq qeyri-leqal sxemlərin köməyi ilə bazara çıxara bilir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …