Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ərdoğan: Putindən bunu gözləyirəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən taxıl müqaviləsi ilə bağlı konstruktiv cavab gözlədiyini bildirib.

Sitat.info xəbər verir ki, o, bu barədə Vilnüs sammitinə getməzdən əvvəl keçirdiyi brifinqdə deyib.

“Qarşıdakı ayda biz hörmətli Rusiya Prezidenti Vladimir Putinin səfərini gözləyirik. Bu səfərdə biz mütləq bu mövzunu (taxıl sövdələşməsini-red.) müzakirə edəcəyik. Ukrayna əlindən gələni etməyə hazır olduğunu bəyan edir. Hörmətli Putinlə görüşdə fərqli mövqe görəcəyimizi gözləmirəm. Bu günə kimi o, hansı mövqe nümayiş etdiribsə, onu da göstərəcək. Yoldaşlarımız rusiyalı həmkarları ilə mövzunun geniş müzakirəsini davam etdirirlər”, – o bildirib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …