Cümə , 27 Dekabr 2024
Drone Cameras

Emin Həsənli: “Radikal qüvvələrin bir amalı var: ölkəmizi zəiflətmək, sabitliyi pozaraq qarşıqlıq törətmək, anarxiya və xaosa sürükləmək”

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli

Hər bir ölkədə sabitliyin, əmin-amanlığın qorunması, kriminal durumun nəzarət altında saxlanılması, təhlükəsiz həyat şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məhsuliyyət düşür. Lakin bəzi hallarda inkişaf etmiş ölkələrdə belə cinayətkar qruplaşmaların, terror şəbəkəlarinin fəallığının qarşısını almaq mümkün olmur. Nəticədə dünyanın ayrı-ayrı nöqtələrində terror aktları bir-birini əvəz edir, saysız-hesabsız insan tələfatları qeydə alınır. Bu mənada, 25 ildir müstəqiliyinə qovuşan gənc Azərbaycan dövləti də 90-cı illərdə terror şəbəkələri, müxtəlif cinayətkar, separatçı qruplaşmaların hədəfinə tuş gəlmişdi. Həmin dövrdə ölkənin hüquq-mühafizə orqanları, xüsusilə Daxili İşlər Nazirliyinin peşəkar fəaliyyəti nəticəsində cinayətkarların qarşısı qətiyyətlə alındı və bu hadisələrin bir daha təkrarlanmaması üçün ciddi tədbirlər görüldü. Bunun nəticəsidir ki, erməni işğalından əziyət çəkən Azərbaycanda daxili sabitlik qorunur, torpaqlarımızın bir hissəsinin zəbt olunmasına baxmayaraq düşmən daim təzyiq altında saxlanılır, dövlətçiliyimizə qarşı yönələn bütün qüvvələr dərhal zərərsizləşdirilir. Ancaq təəssüflər olsun ki, din pərdəsi altında ölkəni xaosa sürükləməkdə maraqlı olan radikal qüvvələr şərəfli Azərbaycan polisinin fəaliyyətinə ləkə salmağa çalışır, Daxili İşlər Nazirliyinə qarşı şər-böhtan kampaniyası həyata keçirirlər.

Özlərini “mömin, dindar, islam təəssübkeşi, şəriət tərəfdarı” kimi qələmə verərək məkrli niyyətlər güdənlər, dövlətin konstitusion quruluşunu dəyişməyə, hakimiyyəti zor gücü ilə ələ almağa, ölkəni şəriət qanunları ilə idarə etməyə cəhdlər göstərirlər. Lakin hər dəfə qətiyyətli hüquq-mühafizə orqanlarımız, Daxili İşlər Nazirliyi bu cür cəhdlərin qarşısını alır. Ona görə də, həmin qüvvələr ilk növbədə Azərbaycan polisini hədəfə almaq qərarına gəliblər. Çünki qərəzli qüvvələrə məlumdur ki, Daxili İşlər Nazirliyi ölkədə kriminal vəziyyətin nəzarətdən çıxmasına, dövlətə qarşı hər hansı bir təhlükənin formalaşmasına heç vaxt imkan verməyəcək. Terror, cinayət, çevriliş yolu ilə Azərbaycanda hakimiyyəti ələ almağa çalışanların önünü Azərbaycan polisi daim əzmkarlıqla kəsib. Radikal qüvvələr bu cür iğtişaşlara hər zaman cəmi 2-3 min insanı cəlb edə biliblər. Bu onu gösətir ki, xalq həmişə öz dövlətini, seçki yolu ilə seçilən prezidentini, qanuni hakimiyyətini dəstəkləyir.

Daxili İşlər Nazirliyi Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə sabitliyin bərpa olunmasında müstəsna xidmətləri olan qurumlardan biridir. Nazirliyin fəaliyyətini ulu öndər Heydər Əliyev həmişə yüksək qiymətləndirib. Ümummilli liderin layiqli davamçısı, prezident İlham Əliyev də Azərbaycan polisinin ölkə üçün xidmətlərini layiqincə dəyərləndirir. Buna görə də ölkəı başçısı nazirlik əməkdaşlarını öz diqqət və qayğısı ilə əhatə edib. Çünki onlar Azərbaycanın dövlətçiliyi uğrunda, xalqımızın rahat və firavan yaşaması üçün həyatlarını risk altına atırlar. Ona görə də xalq polisə dəstək olmalı, Daxili İşlər Naziriliyinin fəaliyyətini kölgə altına almağa çalışan qüvvələrə qarşı sərt mövqeyini ortaya qoymalıdır. Söhbət mənəvi dəstəkdən gedir. Biz imkan verməməliyik ki, sosial şəbəkələrdə, bəzi media qurumlarında Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə ləkə yaxsınlar. Çünki bu, qərəzli kampaniyalar Azərbaycan dövlətinə, xalqına qarşı yönəlib. Radikal qüvvələrin bir amalı var: ölkəmizi zəiflətmək, sabitliyi pozaraq qarşıqlıq törətmək, anarxiya və xaosa sürükləmək. Onların qarşısında isə Azərbaycan polisi mərdliklə dayanıb. Bu cinayətkar şəbəkələrin, terror yuvalarının aşkarlanaraq zərəsizləşdirilməsi zamanı bəzən hüquq-mühafizə orqanları şəhidlər versə də, onlar heç bir halda öz ali məqsədlərindən – dövləti və dövlətçiyili qorumaq əzmindən bir addım belə geri çəkilməyəcəklər. Çünki Azərbaycan polisi öz prezidentinə, dövlətinə və xalqına daima sədaqətlidir.

 

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir