Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Azərbaycana dərmanların pasiyentin sifarişi əsasında gətirilməsinə dair tələb III oxunuşda təsdiqlənib

Azərbaycana dərmanların pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətirilməsinə dair layihə son oxunuşda qəbul edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.

Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.

Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …