Cümə , 17 Aprel 2026
Drone Cameras

Bir xalqın neçə dini olar?!

Bu günlərdə ABŞ-dakı Erməni Apostol, Erməni katolik və Erməni Yevangelist kilsələri “Qarabağın Bakıya verilməsinə mane olun” çağırışı ilə prezident Baydenə müraciət ediblər…

Boyukmillet.com xəbər verir ki, bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

“Müraciətləri mənasız şeydi. Ancaq kilsələrə baxın. Bir xalq neçə dinə qulluq edir? Az qala 1600 il əvvəl – 453-cü ildə Xalkedon (Yunanıstandadır) kilsə məclisinin qərarı ilə ermənilər Bizans xristian kilsəsindən qovuldular, özlərinə ayrı kilsələr yaratdılar. Deyəsən, bircə Protestant Erməni kilsələri yoxdur… Qalan bütün əsas xristian cərəyanlarına “xidmət edirlər”… – A.Quliyev yazır.

Tahir TAĞIYEV

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …