Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Rusiya XİN- in yaydığı bu bəyanat sülh prosesini aşkar pozan çağırışdır…

Erməni və bəzi rus saytlarında rast gəlinən bu qorxunc bəyanata Rusiya XİN- in rəsmi saytında təəssüf ki , rast gələ bilmədik.Ancaq bəyanat kifayət qədər pozucu, Ermənistanyönümlü və indiyə qədərki sülh prosesinin bütün nəticələrini pozan ruhdadır..Bəyanatın Brüsseldə üçtərəfli Əliyev- Mişel- Paşinyan görüşündən dərhal sonra yayılması əldə olunmuş razılaşmalara Rusiyanın meydan oxuması kimi başa düşülməlidir, yəni sizlər nə etsəniz də, son söz Moskvaya məxsusdur.

Bəyanatda konkret nələr var və necə qoyulur?

1.Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımaq qərarına hörmətlə yanaşırıq.
Mənim şərhim- Rusiya Ermənistana demək istəyir ki, bu qərarı siz özünüz verdiniz və məsuliyyəti də özünüz daşıyırsınız.Eynilə ötən ilin oktyabrın 6- da üçtərəfli Praqa görüşündən sonra Rusiyanın səsləndirdiyi mövqedir.O zaman şəxsən Putin dedi ki, biz Azərbaycan- Ermənistan sazişində Dağlıq Qarabağın statusu ilə bağlı məsələ olsun ,ya bu məsələyə ayrıca baxılsın kimi düşüncələrdə olduğumuz vaxt erməni dostlarımız Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdı.Əgər erməni dostlar hesab edirsə ki, Dağlıq Qarabağın spesifik xüsusiyyətləri var, biz bunu müzakirə edə bilərik.Yəni Putin faktiki ermənilərin ağzına dil atdı ki, Dağlıq Qarabağla əlaqədar tək söz sahibi hələ siz deyilsiniz..

  1. Ermənistanın DQ- ni tanıması 10 noyabr sənədinin imzalandığı şərtləri və Qarabağdakı rus kontingentinin vəziyyətini kardinal şəkildə dəyişir.Mənim şərhim- demək istəyirlər ki, Ermənistanın DQ- ni Azərbaycan ərazisi kimi tanıması 10 noyabr sənədinə və sülhməramlıların funksiyasına uyğun deyil.
    3.Bu şəraitdə DQ ermənilərinin taleyi üçün məsuliyyət 3- cü ölkənin üstünə qoyula bilməz və buna görə də sülh sazişinin hazırlanmasına dərhal başlamaq lazımdır.Mənim şərhim- Sülh sazişi imzalansın ki, ermənilərin taleyi üçün məsuliyyət bölünsün və tək bir ölkənin üstündə qalmasın.
    4.Bu sazişin əsas hissəsini Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dəqiq və etibarlı təminat,habelə indiyə qədər imzalanmış sənədlər əsasında kommunikasiyaların açılması, delimitasiya kimi öhdəliklərin icrasını əhatə edən maddələr təşkil etməlidir.Mənim şərhim- Rusiya demək istəyir ki, Azərbaycan – Ermənistan sazişində Qarabağ erməniləri ilə bağlı ayrıca maddə olmalıdır.Biz isə bilirik ki, Azərbaycan olaraq bunu qəti qəbul etmək olmaz və hətta prezident Əliyev açıq mətnlə bəyan edib ki, sazişdə Dağlıq Qarabağ sözü ümumən olmamalıdır.
    5.Rusiya bəyan edir ki, Qarabağda vəziyyət durmadan ağırlaşır və dözülməz sosial – humanitar şərait yarandığı üçün Azərbaycanı Laçın yolunu açmağa, nəqliyyat yük və insanların sərbəst hərəkətinə təminat verməyə çağırırıq.Mənim şərhim- Moskva rəsmən bizə deyir ki, siz Laçın yolunu bağlayıbsınız və bu, qətiyyən düz deyil.

6.Ən yaxın vaxtlarda sülh sazişinin mətninin hazırlanması ,onun sonradan Moskvada rus- Azərbaycan- erməni sammitində imzalanmaya təqdim olunması üçün Moskvada nazirlərin üçtərəfli görüşünü təşkil etməyə hazırıq .Mənim şərhim- Rusiya demək istəyir ki, Azərbaycan- Ermənistan sazişi mütləq Moskvada imzalanmalıdır , Moskvanın eqidası altında imzalanmalıdır və sazişdə mütləq Rusiyanın da 3- cü tərəf kimi imzası olmalıdır…Ermənistan xeyli vaxtdır ki, imzalanacaq sülh sazişinə beynəlxalq təminat istəmirdimi? Bu elə həmin təminatın özü deyilmi? Bəs sazişdə Brüssel və Vaşinqtonun iştirakı nə səviyyədə olacaq?…

İndi birlikdə nəticələr çıxarmağa çalışaq.Sonuncu fikri Rusiyanın ultimatumu kimi də qəbul edə bilərik.

Aydın Quliyev
Bakı Xəbər qəzetinin baş redaktoru

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …