Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yarım ildə ƏƏSMN və qurumlarında 1 milyona yaxın vətəndaş qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 6 ayında 949 min vətəndaşın qəbulu həyata keçirilib.

Boyukmillet.com xəbər verir ki, onlardan 61 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 888 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.

Eyni zamanda, yanvar-iyun aylarında 1 milyon 145 min 300 (o cümlədən, yazılı və e-qaydada edilmiş 222 min, sosial şəbəkələr üzərindən 57,3 min, Çağrı Mərkəzi vasitəsilə 866 min) vətəndaş müraciəti cavablandırılıb.

“Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması təmin olunub, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb”, – nazirliyin məlumatında qeyd olunub.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …