Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Türkiyədə zəlzələ baş verib

Türkiyənin Van vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.

Boyukmillet.com-un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 01:44-də Başkale rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 7,2 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, Türkiyə seysmik cəhətdən aktiv zonada yerləşir və burada zəlzələlər olduqca tez-tez olur, çox vaxt insan tələfatı ilə nəticələnir.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …