Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Bakı-İrəvan normallaşması prosesi asan getmir – Zaxarova

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunduğu kimi, Rusiya üçün iki qardaş xalqın sülh prosesi humanitar sahəni də əhatə etməlidir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Rusiyanın dəstəyi ilə Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri, ekspert icmaları, dini liderləri arasında dialoqun davam etdirilməsi, eləcə də xalqlar arasında etimadın möhkəmləndirilməsi məqsədilə parlamentlərarası təmasların başlanması üçün müsbət atmosfer yaratmaq vacibdir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, hamımızın gördüyümüz və anladığımız kimi, asan getmir, lakin sülhün alternativi yoxdur. Dünən Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşündə bununla bağlı məsələlər müzakirə olunub. Biz qeyd olunan təmasların yaxın aylarda həyata keçiriləcəyini gözləyirik”, – Zaxarova deyib.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …