Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KİV: Rusiya 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə Ukraynanı vurur

Rusiya Ukraynanı 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə bombalayır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun “Sxemlər” proqramında bildirilib.

Bildirilib ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2 noyabr 1999-cu il tarixli razılaşma əsasında X-55 qanadlı raketlərini istehlak etdiyi Rusiya qazına görə borcunu ödəmək müqabilində Rusiya Federasiyasına verib.

Jurnalistlər Rusiyanın artıq Ukrayna şəhərlərinə atdığı mərmi siyahısından azı onlarla bu raketdən tapıblar.

1999-cu il müqaviləsində borcun ödənilməsi kimi 275 milyon dollarlıq silahların təhvil verilməsi nəzərdə tutulurdu. Bu məbləğə Ukrayna Rusiyaya səkkiz Tu-160 və üç Tu-95MS ağır bombardmançı təyyarəsi, həmçinin 575 X-55 qanadlı raketi verib.

Razılaşmanın əsas təşəbbüskarı “Naftoqaz” MSC-nin o vaxtkı rəhbəri İqor Bakay olub.

Amerikalılar sövdələşməyə qəti şəkildə qarşı çıxıblar və nəticədə strateji bombardmançı təyyarələrin və raketlərin qaz borclarına dəyişdirilməsi praktikası davam etdirilməyib.

Ukraynada qalan 11 Tu-160 daha sonra yararsız vəziyyətə salınan və Poltava Uzaqmənzilli və Strateji Aviasiya Muzeyində yerləşən bir təyyarə istisna olmaqla, ABŞ tərəfindən maliyyələşdirilən Nunn-Luqar proqramı çərçivəsində utilizasiya edilib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …