Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukrayna səfiri Azərbaycana reabilitasiya üçün gətirilən uşaqlarla bağlı paylaşım edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycana gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, diplomat feysbukda yazıb:

“Artıq ikinci ildir ki, biz azərbaycanlı dostlarımızla birlikdə Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası və istirahəti layihəsinin icrasını davam etdiririk.

Bu dəfə qonaqpərvər Azərbaycana Ukraynanın suverenliyini və ərazi bütövlüyünü rus işğalçılarından müdafiə edən və ya təəssüf ki, Vətənimizin işıqlı gələcəyi naminə canlarından keçmiş şəxslərin uşaqları təşrif buyurdular.

Qarşıda uşaqlarımızı zəngin iki həftəlik proqram və çoxlu rəngarəng və müsbət emosiyalar gözləyir”.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …