Çərşənbə , 1 May 2024
Drone Cameras

“Qarabağ”ın futbolçusu daha 4 ölkədən təklif alıb

“Qarabağ”ın futbolçusu Simeon Slavçev daha 4 ölkədən təklif alıb.

Boyukmillet.com“Blitz” portalına istinadən xəbər verir ki, 26 yaşlı bolqarıstanlı yarımmüdafiəçi Türkiyə, Portuqaliya, Rusiya və Polşa klublarının maraq dairəsindədir. Qurban Qurbanovun son vaxtlar “11-lik”də yer vermədiyi legionerin komandadan ayrılmaq istədiyi, lakin hələlik seçim etmədiyi vurğulanır.

Bir müddət əvvəl Bolqarıstanın “Levski” klubunun Slavçev üçün Ağdam klubuna sərfəli təklif irəli sürdüyü bildirilib.

Qeyd edək ki, “Qarabağ” Slavçevlə 2018-ci ilin iyulunda 3 illik müqavilə imzalayıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …