Cümə , 30 Yanvar 2026
Drone Cameras

Ukrayna XİN: “NATO baş katibi təsdiqləyir ki, bizim ərazilərimiz ticarət mövzusu ola bilməz”

“NATO Baş katibi Yens Stoltenberqin Ukrayna ilə bağlı konkret mövqeyi var. O, təsdiqləyir ki, bizim ərazilərimiz alver mövzusu ola bilməz”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba “1+1 ilə səhər yeməyi” verilişində deyib.

D. Kuleba qeyd edib ki, Ukrayna NATO-ya üzv olmaq üçün öz ərazilərindən imtina etməyəcək: “NATO rəsmisi Stian Yensenin və baş katib Stoltenberq fərqli insanlardır. Amma mən baş katiblə əlaqə saxlayıram. Onunla çox yaxın münasibətim var. Sizi əmin edirəm ki, o, Ukraynanın mövqeyini dəstəkləyir”.

Nazirin sözlərinə görə, Ukrayna rəhbərliyi ölkəmizin tezliklə NATO-ya daxil olması üçün çalışır.

Qeyd edək ki, S.Yensen daha əvvəl Ukraynanın NATO-ya üzvlüyünün həlli yolunun ərazi güzəştləri olduğunu bildirmişdi.

Rəsmi Kiyevin mövqeyinə görə, bu, yolverilməzdir.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …