Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

Belarusdan Litvaya PUA buraxmaq istəyən şəxslər saxlanılıb

Belarus sərhədçiləri Litva ərazisinə pilotsuz uçuş aparatı (PUA) buraxmaq istəyən iki ölkə vətəndaşını saxlayıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, avqustun 17-dən 18-nə keçən gecə sərhədçilər Voronovski rayonunun (Qrodno vilayəti) Qorodişe kəndində iki Belarus vətəndaşını saxlayıblar. Həmin şəxslər Belarus-Litva sərhədindən üzü Lityaya doğru üzərinə radioəlaqə vasitəsi bərkidilmiş pilotsuz uçuş aparatı buraxmaq niyyətində olublar. Qanunsuz fəaliyyətlə məşğul olan şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.

DSK-dan qeyd edilib ki, avqustun əvvəlindən bəri bu, Litva ilə sərhəddə PUA-ların qanunsuz istifadəsi ilə bağlı üçüncü insidentdir.

“Sərhəd zolağında pilotsuz uçuş aparatdan istifadə etmək və ya ona sahib olmaq, habelə sərhəd xidməti orqanlarına xəbərdarlıq etmədən onu sərhəd zolağında yerləşən yaşayış məntəqələrindən kənarda qoymaq qadağandır”, – DSK-dan xatırladılıb və qaydalara əməl edilməməsi halında cərimənin tətbiq olunduğu bildirilib.

Check Also

İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları ilə Livanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 7 nəfər …