Bazar ertəsi , 5 May 2025
Drone Cameras

“Səyyar qəbul otağı” Ağstafa sakinlərinin ixtiyarında oldu

Həftənin ilk “Açıq mikrofon” aksiyası Ağstafa rayonunun Poylu kəndində baş tutub.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri sözügedən ərazidə yaşayan sakinlərin qaz təsərrüfatı ilə bağlı problem və təkliflərini dinləyiblər.

Səsləndirilən müraciətlərin əksəriyyəti yeni yaşayış massivinin təbii qazla təmin olunması ilə bağlı olub. Bundan əlavə görüş zamanı fərdi qazlaşma, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinə əlavə qaz sayğacının quraşdırılması ilə bağlı müraciətlər də daxil olub.

Ünvanlanan hər bir müraciət qeydiyyata alınıb, sakinlərə ətraflı izahat verilib.

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …