Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

Ərdoğan: “Türkiyə Liviyaya xilasedicilər və 3 təyyarə humanitar yardım göndərəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya ilə həmrəy olduğunu bildirib.

Boyukmillet.com xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki paylaşımında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

“Türkiyə Liviya xalqının yanındadır”, – paylaşımda bildirib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti Liviyanın Benqazi şəhərinə 168 xilasedici və humanitar yardımın olduğu 3 təyyarə göndərmək qərarına gəlib.

Xatırladaq ki, sentyabrın 10-da Liviyada “Daniel” qasırğası Aralıq dənizi sahillərindəki şəhərlərdə fırtına və leysana səbəb olub. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. Ən çox zərər çəkmiş şəhərlər Benqazi, Əl-Bayda və Əl-Mərc, həmçinin Sussa və Derna olub. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.

Check Also

Roma Papası vəfat edib

Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” …