Bazar , 22 Dekabr 2024
Drone Cameras

Uk­ray­na­da azər­bay­can­lı­la­ra qar­şı mil­li qi­sas­çı­lı­ğın ye­ni dal­ğa­sı, ya döv­lət­lə­ra­ra­sı təx­ri­bat…

“An­caq ha­di­sə­nin po­lis tə­rə­fin­dən tö­rə­dil­mə­si bir da­ha sü­but edir ki, bu­ra­da er­mə­ni bar­ma­ğı ola bi­lər”

Sa­mir Adı­gö­zəl­li: “Bi­lir­si­niz ki, Uk­ray­na­nın da­xi­li iş­lər na­zi­ri mil­liy­yət­cə er­mə­ni­dir”

Uk­ray­na­nın Xar­kov şə­hə­rin­də azər­bay­can­lı iş adam­la­rı­na hü­cum olub. İş ada­mı Vü­qar Kə­ri­moğ­lu­nun ver­di­yi mə­lu­ma­ta gö­rə, ha­di­sə Xar­ko­vun Qə­lə­bə pros­pek­tin­də qey­də alı­nıb.

Uk­ray­na Mil­li Qvar­di­ya­sı­nın xü­su­si tə­yi­nat­lı “Azov” ba­tal­yo­nu­nun hərbçi­lə­ri de­kab­rın 15-də ax­şam beş azər­bay­can­lı iş ada­mı­na məx­sus yol­ka sa­tı­şı mən­tə­qə­si­ni da­ğı­dıb, əm­lak­la­rı­nı əlin­dən alıb. Hərbçi­lər azər­bay­can­lı­la­rı təh­qir edə­rək, on­la­ra yol­ka­la­rı­nı ge­dib Azər­bay­can­da sat­ma­sı­nı töv­si­yə edib.

V.Kə­ri­moğ­lu, həm­çi­nin, qeyd edib ki, ora­da di­gər mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri­nə məx­sus sa­tış mən­tə­qə­lə­ri ol­ma­sı­na bax­ma­ya­raq, hərbçi­lər an­caq azər­bay­can­lı­la­ra hü­cum edib. On­lar azər­bay­can­lı iş adam­la­rı­nı təh­did edə­rək, bir də Xar­kov­da ti­ca­rət­lə məş­ğul ola­caq­la­rı təq­dir­də öl­dü­rə­cək­lə­ri ilə hə­də­lə­yib.

V.Kə­ri­moğ­lu Xar­kov­da qa­nun­la mü­əy­yən edil­miş yer­lər­də, ica­zə əsa­sın­da biz­nes­lə məş­ğul ol­duq­la­rı­nı vur­ğu­la­yıb.

Qeyd edək ki, son vaxtlar Xar­kov­da ana­lo­ji hal­lar in­ten­siv­lə­şib. Bun­dan əv­vəl də soy­daş­la­rı­mız olan iş adam­la­rı­na döv­lət qu­rum­la­rı tə­rə­fin­dən təz­yiq­lər qeyd edi­lib. Bu nə ilə bağ­lı ola bi­lər?

Dün­ya Azər­bay­can­lı­la­rı Konqre­si­nin apa­rat rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, bu mə­sə­lə on­la­rı da də­rin­dən ma­raq­lan­dır­ma­ğa baş­la­yıb: “Biz Uk­ray­na­da tez-tez olu­ruq. Xar­kov­la bağ­lı ox­şar şi­ka­yət­lər bi­zə edi­lir­di. Bir müd­dət əv­vəl bu mə­sə­lə­ni qal­dır­dıq. Prob­lem­lər həl­li­ni tap­dı. Gö­rü­nür, ye­ni­dən baş­la­yıb. Mən be­lə ha­di­sə­lə­rin sırf azər­bay­can­lı­la­ra yö­nə­lik baş ver­mə­si­ni tə­sa­düf say­mı­ram. Bir­mə­na­lı şə­kil­də de­mək ol­maz ki, bu, Uk­ray­na rəh­bər­li­yi­nin is­tə­yi­lə baş ve­rir. An­caq ha­di­sə­nin po­lis tə­rə­fin­dən tö­rə­dil­mə­si bir da­ha sü­but edir ki, bu­ra­da er­mə­ni bar­ma­ğı ola bi­lər. Bi­lir­si­niz ki, Uk­ray­na­nın da­xi­li iş­lər na­zi­ri mil­liy­yət­cə er­mə­ni­dir. Hə­min per­so­na­dan na­ra­zı­lıq çox­dur. An­caq bu heç də o de­mək de­yil ki, biz bu mə­sə­lə­ni nə­za­rət­siz bu­rax­ma­lı­yıq. Uk­ray­na­da ki­fa­yət qə­dər güc­lü Azər­bay­can di­as­po­ru var. Biz on­lar­la əla­qə sax­la­mı­şıq. Ey­ni za­man­da Xar­kov­da olan kon­sul­lu­ğu­muz­la tə­mas­lar qu­rub bu mə­sə­lə­nin kö­kün­dən araş­dı­rıl­ma­sı­nı is­tə­yə­cə­yik”.

 

baki-xeber.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir