Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynada şəhid olmuş tələbə soydaşımızla vida mərasimi keçiriləcək

“Ukraynanın Rusiya işğalına qarşı azadlıq savaşı davam edir. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərilə desək, dəyərlər uğrunda müharibədə həm də dəyərli insanları itiririk. Və bu sırada azərbaycanlılar da var”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Ukraynadakı diaspor fəalı, iş adamı Yalçın Qəhrəmanoğluna məxsusdur. Ukraynanın Rusiyaya qarşı mübarizəsinə qatılan azərbaycanlılarla bağlı məlumat verən diaspor fəalı daha sonra bildirib: “Sentyabrın 19-u saat 12:00-da Ukrayna uğrunda savaşaraq qəhrəmancasına şəhid olmuş Osmanov Tərlan Eyvaz oğlunun vida mərasimi keçiriləcək. Mərasim Kiyevdə, Mixaylovsk meydanında baş tutacaq. 26 yaşını yeni tamamlamış soydaşımız uzun müddət Ukraynada yaşayıb. Tələbəliyi bu ölkədə keçib. Zəhmətilə öz həyatını qurub.

Müharibə başlayan ilk günlərdən Ukrayna Silahlı Qüvvələrinin sırasına qoşulub. Aylar öncə itkin düşdüyü barədə xəbər gəldi. Bu günlərdə məlum olub ki, savaşaraq həyatını itirib”. Y.Qəhrəmanoğlu qeyd edib ki, müharibə başlayandan bu günə qədər 38 azərbaycanlı həyatını itirib: “Onlardan 32 haqqında məlumat var. Yerdə qalan 4-ü haqqında da məlumatları toplayırıq. İstəyirik qəhrəmanlarımızın adını əbədiləşdirək. Bununla bağlı Ukrayna hökuməti qarşısında məsələ qaldıracağıq. Bu tək Ukraynanın yox, rus imperializmindən əziyyət çəkən bütün xalqların müharibəsidir. Bu imperializm çökəndə bir çox xalqlar əsl azadlığa qovuşacaq. Buna görə də hamılıqla savaşmalı, qələbənin gəlişini yaxınlaşdırmalıyıq.

Allah savaşda həyatını itirənlərə rəhmət eləsin, ruhları şad olsun”.

Musavat.com

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …