Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Şuşa ətrafında tapılan hərbçi Əbülfət Atamoğlanovun meyitinin qalıqları dəfn edilib.
Boyukmillet.com xəbər verir ki, şəhid Salyanın Kürsəngi kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Daha öncə şəhidlə evində vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəhbərliyi, büro üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.